
“İmişli”nin hücumçusu Dioqo Almeyda Premyer Liqada üç klubun diqqət mərkəzinə düşüb.
Sport1.az-a daxil olan məlumata görə, portuqaliyalı forvardla “Turan Tovuz”, “Zirə” və “Sumqayıt” yaxından maraqlanır. “İmişli” rəhbərliyi isə keçid üçün 200 min avro tələb edir.
Qeyd edək ki, 25 yaşlı hücumçunun “İmişli” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almeyda bu mövsüm bütün turnirlər üzrə 17 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.