“Kəpəz” bu futbolçu üçün nə qədər ödəyib? – Məbləğ açıqlandı

Bölmə adı Premyer Liqa
Yayımlandı 18-01-2026, 18:44

“Kəpəz”in yeni transferi Mate Abuladze üçün ödənilən məbləğ bəlli olub.


Sport1.az xəbər verir ki, “Transfermarkt” portalının məlumatına əsasən, Gəncə təmsilçisi 25 yaşlı gürcü müdafiəçinin keçidi üçün “Samqurali” klubuna 100 min avro (təxminən 198 min manat) ödəyib.


Qeyd edək ki, Mate Abuladze futbolçu karyerasına “Torpedo” (Kutaisi) akademiyasında başlayıb. O, peşəkar karyerası ərzində “Samtrediya” və “Samqurali” klublarının da formasını geyinib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR