“Turan Tovuz” yoxlama oyununda məğlub oldu

Bölmə adı Premyer Liqa
Yayımlandı 17-01-2026, 20:28

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” yoxlama oyununa çıxıb.


Sport1.az xəbər verir ki, qərb kollektivi Polşa təmsilçisi “Poqon”la üz-üzə gəlib


Matç rəqibin 3:2 hesablı qələbəsi ilə bitib.


“Turan Tovuz”un qollarını Ayxan Hüseynov (26) və İbrahima Vadji (34) vurublar.


Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR