“Qarabağ” günün ikinci matçında da qələbə qazandı

Bölmə adı Premyer Liqa
Yayımlandı 16-01-2026, 21:07

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2-ci yoxlama matçını keçirib.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa “Zaqlebye”si ilə qarşılaşıb. Matç komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Təmsilçimizin heyətində Leandro Andrade, Abdullah Zubir və Joni Montiel fərqləniblər.


Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın “Osiyek” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR