
Bu gün “Qəbələ” ilə keçirilən yoxlama oyunu haqda “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko fikirlərini açıqlayıb.
Sport1.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qarşılaşmadan sonra bunları deyib:
“Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik”.