
AFFA İntizam Komitəsinin iclasında Region Liqasında keçirilməli olan “Xocalı” PFK – “VT Gəncə” oyunu ilə bağlı qərarlar verilib.
Sport1.az xəbər verir ki, hər iki komandanın forması eyni olduğuna görə qarşılaşma baş tutmamışdı.
Qərara görə, matç yenidən keçiriləcək. “VT Gəncə”nin prezidenti Hacıbala Əzimov isə AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq diskvalifikasiya olunub.