
AFFA-nın dəstəyi və UEFA-nın “HatTrick” proqramı çərçivəsində həyata keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir.
Sport1.az xəbər verir ki, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Ziya Səfərov bu gün Nizami rayonunda yerləşən 220 nömrəli tam orta məktəbdə olublar. AFFA rəsmiləri dərs prosesini izləyib və şagirdlərlə birgə məşqlərdə iştirak ediblər.
Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsi hazırda ölkə üzrə 100-ə yaxın məktəbdə icra olunur