
“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Yevlax təmsilçisi müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarının formasını geyinib. Rauf Rüstəmli U-17, U-19, U-21 və əsas milli komandalarımızda da çıxış edib.
Yarımmüdafiəçi mövsümün qalan hissəsində “Karvan-Yevlax”ın uğurları üçün mübarizə aparacaq.