
Braziliyalı hücumçu Vinisius Juniorun “Real”la yeni müqavilə imzalamamasının səbəbi bəlli olub.
Sport1.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, futbolçu bu addımı baş məşqçi Xabi Alonso ilə bağlı vəziyyət aydınlaşana qədər təxirə salıb. Məlumata əsasən, tərəflər arasında gərginliyin təməli La Liqanın 10-cu turunda “Real”ın “Barselona” üzərində 2:1 hesablı qələbə qazandığı matçda qoyulub.
Həmin qarşılaşmada əvəzlənməsinə Vinisiusun verdiyi reaksiya məşqçi ilə münasibətlərin soyumasına səbəb olub. Sonrakı aylarda ispan mütəxəssislə bəzi futbolçular arasında əlaqələrin gərgin olduğu da diqqət çəkib. Bu məqam braziliyalı ulduzun müqavilə məsələsində gözləmə mövqeyi tutmasına təsir edib.