“Zirə” Rumıniya klubu ilə heç-heçə etdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 12-01-2026, 19:48

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” ilk yoxlama oyununa çıxıb.


Sport1.az xəbər verir ki, Antalya şəhərində Rumıniyanın “Çiksereda” kollektivi ilə qarşılaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.


Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 – hər ikisi penalti) vurublar.


“Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR