Qurban Qurbanov 15 yaşlı futbolçunu əsas komandaya cəlb etdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 11-01-2026, 18:26

15 yaşlı futbolçu Əli Bəşirov “Qarabağ”ın hazırlıq prosesinə cəlb olunub.


Sport1.az xəbər verir ki, 2010-cu il təvəllüdlü yarımmüdafiəçi baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas komandanın məşqlərində iştirak edir. U-19 kollektivinin üzvü olan Bəşirov qış təlim-məşq toplanışı üçün heyətlə birlikdə Türkiyəyə aparılıb.


Maraq üçün bildirək ki, Əli Bəşirov Azərbaycan millisinin aşağı yaş qruplarında çıxış edir. O, U-15, U-16 və U-17 millilərinin formasını geyinib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR