son dəqiqə SON DƏQİQƏ
Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Azərbaycan cüdoçuları Dünya Çempionatında daha 3 medal qazanıb “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb Şahmat Olimpiadası: 6-cı turun oyunlarına start verilib "Naxçıvan"dan növbəti transfer Tanınmış idmançılar maarifləndirmə kampaniyasına qoşuldular Premyer Liqa klublarının yay transferləri "Zirə"nin legionerlərinə dəvət Super Liqa: Yeni mövsümün ilk turunun cütləri müəyyənləşib Nazim Umbayev bunu bacaran ilk azərbaycanlı cüdo hakimi oldu Yeni mövsümdə iştirakçı klubların siyahısında dəyişiklik edilib AÇ: Daha 3 boksçumuz 1/4 finalda

Kurban Berdiyev psixoloji cəhətdən futbolçuları çempionluğa hazır etməlidir - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 10-01-2026, 09:58

"Turan-Tovuz" üçün mövsümün ilk dövrəsi nə xal, nə də oyun baxımından ürəkaçan oldu. 


Cari "futbol ili"nin əvvəlində "çempionluğa oynayırıq" açıqlamasını verən klubun komandasının 15 oyuna 27 xal toplamasını qənaətbəxş hesab etmək olmaz. 


Qərb təmsilçisi mövsümün ilk yarısı rəqibləri 19 dəfə məyus edib. Bu nəticə göstərir ki, komandanın hücum xətti zəif təsir bağışlayır. Aleks Souzanın gedişindən sonra vəziyyət bir qədər də pisləşə bilər. Kurban Berdiyev və ya "Turan Tovuz"un skaut heyəti bu məsələ ilə ciddi düşünməlidir. Braziliyalının satışından əldə olunan pula ən azı 2 hücumçu almaq mümkündür. Çempionluq mübarizəsində yarışan komanda bunu mütləq etməlidir.


Qərb təmsilçisi mövsümün ilk yarısında cəmi 12 qol buraxıb. Bu nəticəni "Turan Tovuz" üçün qənaətbəxş hesab etmək olar. Amma belə deyil. 12 qolun buraxılması belə müdafiə xəttinin zəif çıxış etdiyini deməyimizə əsas verir. Çünki əsas rəqiblərdən olan "Sabah" bu komandanı 5 dəfə məyus edib (2:0, 1:3). "Araz-Naxçıvan" "Turan Tovuz"a 3 qol vurub (1:2, 1:1). Demək ki, ciddi və vacib oyunlar Kurban Berdiyevin komandasının müdafiəsi o qədər də etibarlı deyil.


Vəziyyəti necə düzəltmək olar? "Turan Tovuz" mövsümün ikinci yarısı çempionluq mübarizəsinə qoşula bilər? Bu, o qədər də çətin deyil. Komanda "Qəbələ" ilə təxirə salınan qarşılaşmada qələbə qazansa, xalını 30-a çatdıracaq. Bununla da "Sabah"la fərq 7, "Qarabağ"la 6 olacaq. Ediləcək doğru transferlərlə daha döyüşkən kollektiv formalaşdırmaq mümkündür. Sadəcə ad yox, komandaya ruh gətirmək lazımdır. Oyunun axarını dəyişə biləcək, meydanda liderlik edəcək futbolçulara ehtiyac var.


Tovuz bu mövsüm nə oynadığını özü də dəqiq bilmir. Müdafiədə işlər qaydasında getmir. Komandanın hücum planı sadə və rəqib müdafiəçiləri üçün anlaşılandır. Bu vəziyyət Qərb təmsilçisini meydanda istəksiz və ruhsuz göstərirdi.


Yəqin ki, Kurban Berdiyev vəziyyətin o qədər də yaxşı olmadığını anlayır. Antalyadakı toplanışda komandaya mövsüm ərzində edilən səhvlər izah edilməlidir. Futbolçular psixoloji olaraq çempionluq mübarizəsinə hazırlanmalıdır. Çünki azarkeşlər artıq möcüzə gözləmir. Onların tək istəyi meydanda mübarizə aparan, nə oynadığı bilinən komanda görməkdir.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR