
Norveçli mütəxəssis Ole Qunnar Sulşer yenidən “Mançester Yunayted”ə qayıtmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, “Indykaila News”in yaydığı məlumata əsasən, Sulşer mövsümün sonuna qədər komandanı müvəqqəti baş məşqçi kimi çalışdırmağa hazırdır. Norveçli çalışdırıcının bu vəzifəni maaşsız icra etməyə də razı olduğu qeyd olunur.
Xatırladaq ki, Sulşer 2018–2021-ci illərdə artıq “Mançester Yunayted”ə rəhbərlik edib.