son dəqiqə SON DƏQİQƏ
Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

"Kəpəz"in legioneri: "Bunun əvəzini çıxmağa çalışacağıq"

Bölmə adı Premyer Liqa
Yayımlandı 5-04-2025, 10:49

“Əvvəl də demişdim, indi də o fikirdəyəm ki, kimin qol vurmasının əhəmiyyəti yoxdur. Əsas olan komandanın qələbəsidir, azarkeşləri sevindirməyimizdir”.

Sport1.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Şervoni Mabatşoev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Səbail” ilə oyunda fərqlənən tacikistanlı yarımmüdafiəçi matçın nəticəsindən dolayı buna görə sevinmədiyini bildirib.

Legioner vurğulayıb ki, prinspial görüşdə qələbə qazana bilmədiklərinə görə məyus olub:

“Bakı klubu ilə eyni məqsəd üçün mübarizə aparırıq və turnir cədvəlində qonşuyuq. Evdə də oynadığımıza görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik. Bunun əvəzini çıxmağa çalışacağıq”.

Mabatşoev növbəti turda qarşılaşacaqları “Sabah” ilə görüşə kökləndiklərini deyib: “Səfərdə oynayacağıq. Əslində bütün matçlar bizim üçün evdən kənardadır. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Ona görə bu qarşılaşmadan da uğurlu nəticə ilə ayrılmaq istəyirik. “Sabah” güclü rəqibdir. Oyuna yaxşı hazırlaşırıq. Məşqçilər lazımı tövsiyyələrini verirlər. Azarkeşlərimizi qalib gəlməklə sevindirmək istəyirik. Onların inamını yenidən qazanmalıyıq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR