
“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvareslə maraqlanır.
Sport1.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, Kataloniya klubu son aylarda 25 yaşlı argentinalı futbolçunun ətrafı ilə əlaqə saxlayıb.
Bildirilir ki, mümkün transferin qarşısındakı əsas maneələrdən biri “Barselona”nın mövcud maliyyə vəziyyətidir. Bundan əlavə, “Atletiko” rəhbərliyinin hazırda Alvaresi satmaq niyyətində olmadığı vurğulanır.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlər üzrə 23 oyunda meydana çıxaraq 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Alvaresin “Atletiko” ilə müqaviləsi isə 2030-cu ilin yayına qədər qüvvədədir.