Emrelinin baxımlı qolu Almaniyada TOP-10-a düşdü – VİDEO

Bölmə adı Almaniya / Milli
Yayımlandı 1-01-2026, 13:21

Almaniyanın “Nürnberq” klubu 2025-ci ilin ən baxımlı qollarının siyahısını açıqlayıb.


Sport1.az xəbər verir ki, klubun paylaşımında yer alan TOP-10 reytinqinə azərbaycanlı hücumçu Mahir Emrelinin qolu da daxil edilib. Millimizin üzvünün hazırda formasını geyindiyi “Kayzerslautern”in qapısına vurduğu baxımlı qol siyahıda 3-cü pillədə qərarlaşıb.


Qeyd edək ki, Mahir Emreli ötən mövsüm “Nürnberq”in heyətində çıxış edib. Hücumçu 2025-ci ilin yayında Almaniyanın digər təmsilçisi “Kayzerslautern”ə transfer olunub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR