
“Napoli” klubu Rasmus Höylunnu heyətində saxlamağı planlaşdırır.
Sport1.az xəbər verir ki, bunu Neapol təmsilçisinin idman direktoru Covanni Manna təsdiqləyib. Onun sözlərinə görə, “Mançester Yunayted”dən icarəyə götürülən danimarkalı hücumçunun transfer hüququnun alınması artıq formal xarakter daşıyır.
Manna bildirib ki, klub Höylunna tam güvənir və futbolçu da “Napoli”nin layihəsinə inanır. Rəhbərlik onu komandanın vacib fiqurlarından biri hesab edir.
Qeyd edək ki, 22 yaşlı forvardın icarə müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq. O, cari mövsümdə bütün turnirlər üzrə 19 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.