
“Fənərbağça” “Milan”ın hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
Sport1.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb. İstanbul təmsilçisi fransalı forvardı heyətinə cəlb etmək üçün iki variant üzərində dayanır: futbolçunu icarə əsasında transfer etmək və ya birdəfəlik keçid üçün 30–35 milyon avro aralığında təklif irəli sürmək.
Qeyd olunur ki, Nkunku yalnız “Fənərbağça”nın deyil, eyni zamanda İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasında çıxış edən bir sıra klubların da maraq dairəsindədir. Hücumçunun “Milan”la mövcud müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Onu da əlavə edək ki, 2025/26 mövsümündə Kristofer Nkunku “Milan”ın heyətində bütün turnirlər üzrə 15 oyunda meydana çıxıb, 3 qola imza atıb və 2 məhsuldar ötürmə verib.