son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında

“Real” Sebalyos üçün mümkün əvəzləyicini müəyyənləşdirdi

Bölmə adı İspaniya
Yayımlandı 27-12-2025, 20:48

“Real Madrid” orta xəttini gücləndirmək üçün yeni variant üzərində düşünür.


Sport1.az xəbər verir ki, “kral klubu” 19 yaşlı yarımmüdafiəçi Kes Smitlə yaxından maraqlanır. Məlumata görə, Niderlandın “AZ Alkmaar” təmsilçisi gənc oyunçunu qış “transfer pəncərəsi”ndə buraxmaq niyyətində deyil və onun mümkün satışından təxminən 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.


Bildirilir ki, madridlilər futbolçunu Dani Sebalyosun alternativi kimi nəzərdən keçirirlər. Yay aylarında da gündəmdə olan bu variant hazırda yenidən aktuallaşıb. Qeyd olunur ki, istedadlı yarımmüdafiəçi ilə yanaşı “Barselona”, “Mançester Yunayted”, “Nyukasl” və Dortmund “Borussiya”sı da maraqlanır.


Cari mövsümdə gənc niderlandlı bütün turnirlər üzrə 27 oyunda forma geyinib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “AZ Alkmaar”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR