son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında

“Real”a keçməzdən əvvəl iki dəfə düşünməlisən – Leböfün Palmer barədə fikirləri

Bölmə adı İspaniya
Yayımlandı 26-12-2025, 15:28

Fransa millisinin sabiq üzvü Frank Leböf “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin gələcəyi və mümkün “Real Madrid” variantı ilə bağlı fikirlərini bölüşüb.


Sport1.az xəbər verir ki, Leböf ingilis futbolçunun karyera seçiminin risklər daşıdığını bildirib: “Koul Palmer doğrudanmı “Real Madrid”ə getmək istəyir? Orada hansı mövqedə oynayacaq? Heyətdə Cud Bellinqem və başqa güclü futbolçular var. Doğru qərar vermək lazımdır, hər şeyi yaxşı düşünmək gərəkdir. Bəli, dünyanın ən böyük klublarından birində çıxış etmək cazibədar görünə bilər, amma əsas məsələ meydanda olmaqdır, ehtiyat skamyasında oturmaq yox. Bunun mənası yoxdur”.


Leböf əlavə edib ki, Madrid təmsilçisi hazırda əvvəlki gücündə deyil: “Şöhrət baxımından “Real” daha cəlbedici görünə bilər. Amma indiki mərhələdə onların göstərdiyi futbol ən yüksək səviyyə deyil. Bu, daha çox tarixlə bağlıdır, indiki performansla yox”.


Qeyd edək ki, 23 yaşlı Koul Palmer cari Premyer Liqa mövsümündə “Çelsi”nin heyətində 7 oyunda 2 qol vurub. O, Çempionlar Liqasında isə meydana çıxdığı 1 matçda 1 dəfə fərqlənib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR