Bojoviç Monteneqro klubu ilə anlaşdı

Bölmə adı Digər Liqalar
Yayımlandı 26-12-2025, 13:16

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri bəlli olub.


Sport1.az xəbər verir ki, mütəxəssis “Buduçnost”un baş məşqçisi təyin ediləcək.


19 turdan sonra 10 komanda arasında 7-ci yerdə qərarlaşan Monteneqro klubu cari mövsümdə artıq 4 baş məşqçi dəyişdirib.


Qeyd edək ki, Miodraq Bojoviç 2023/24 mövsümündə “Neftçi”ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR