Enes Ünal İspaniyaya qayıda bilər

Bölmə adı İspaniya
Yayımlandı 26-12-2025, 10:11

Enes Ünal yenidən İspaniyada çıxış edə bilər.


Sport1.az xəbər verir ki, "Bornmut"da çox şans qazana bilməyən hücumçu ilə "Xetafe" ciddi maraqlanır. 


Bundan əlavə,  “Jirona”, “Real Sosyedad”, “Valensiya”, “Real Betis”, “Sevilya”, “Oviedo” və “Rayo Valyekano”nun da hücumçu axtarışında olduğu və 26 yaşlı hücumçu ilə əlaqə qura biləcəyi bildirilir.


Qeyd edək ki, Enes Ünal daha əvvəl İspaniyada “Levante”, “Vilyarreal”, “Valyadolid” və “Xetafe” formalarında çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR