4 Polşa klubu türkiyəli qolkiperi istəyir

Bölmə adı Türkiyə
Yayımlandı 26-12-2025, 09:31

İrfan Can Eğribayat karyerasını Polşada davam etdirə bilər.


Sport1.az xəbər verir ki, qolkiperlə bu ölkənin 4 klubu yaxından maraqlanır. Söhbət "Legiya", "Krakoviya", "Yaqelloniya", və "Rakuv"dan gedir. Kollektivlərin hər biri qış fasiləsində oyunçunu heyətinə qatmağa çalışacaq.


Qeyd edək ki, 27 yaşlı qolkiperin "Fənərbağça" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Türkiyəlinin hazırki dəyəri 2 milyon avrodur.



Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR