
“Araz-Naxçıvan”la yollarını ayıran Qara Qarayev sosial şəbəkə hesabında açıqlama yayıb.
Sport1.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi paylaşımında klubdakı dövrü ilə bağlı təşəkkürünü bildirib. Qarayev açıqlamasında bunları qeyd edib:
“Bütün rəhbərlik, məşqçilər, həkim heyəti və komanda yoldaşlarımın hamısına bu müddət ərzində mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Çox sağ olun hər şey üçün”.
Qeyd edək ki, Q.Qarayev dünən Naxçıvan təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək komandadan ayrılıb.