“Turan Tovuz” Antalyaya gedir

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-12-2025, 19:07

“Turan Tovuz”un qış hazırlıq planı müəyyənləşib. 


Sport1.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək. Tovuz kollektivi Antalyanın Belek bölgəsində yerləşən “İC Santai Belek” otelində məskunlaşacaq və hazırlıq prosesi yanvarın 18-dək davam edəcək.


Toplanış çərçivəsində baş məşqçi Kurban Berdıyev iki yoxlama görüşündə futbolçuları sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və qarşılaşmaların tarixləri barədə əlavə məlumatın veriləcəyi bildirilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR