“Araz-Naxçıvan” Qarayevlə müqaviləyə xitam verdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-12-2025, 15:48

“Araz-Naxçıvan”da ayrılıq yaşanıb.

Sport1.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Qara Qarayev klub rəhbərliyi ilə görüşərək komandadan ayrılmaq istədiyini bildirib.

Futbolçunun müraciətini nəzərə alan Naxçıvan təmsilçisi onunla mövsümün sonuna qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib və göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabr ayından “qırmızı-ağlar”ın formasını geyinirdi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR