
Dieqo Leyte karyerasını İspaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, müdafiəçi ilə "Barselona" yaxından maraqlanır.
27 yaşlı futbolçunun "Union Berlin"lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Leyte Portuqaliya millisinə 2 dəfə dəvət olunsa da, debüt edə bilməyib.