"Atalanta"nın futbolçusu birinci, "Qarabağ"ın üzvü ikinci oldu

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-12-2025, 12:31

Monteneqroda ilin ən yaxşı futbolçusunun adı bəlli olub.

Sport1.az xəbər verir ki, Futbol Federasiyasının təşkil etdiyi sorğuda "Atalanta"nın hücumçusu Nikola Krstoviç qalib olub. 

Forvard kapitan və baş məşqçilərin sorğusunda 73 səs toplayaraq birinci olub. İkinci yeri "Qarabağ"ın futbolçusu Marko Yankoviç (29 səs), üçüncü yeri isə "Latsio"nun müdafiəçisi Adam Maruşiç (26 səs) tutub

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR