
Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sport1.az xəbər verir ki, onunla daha bir Premyer Liqa təmsilçisi yaxından maraqlanır. Söhbət "Zirə"dən gedir. Paytaxt klubu hücumdakı boşluğu millimizin üzvü ilə doldurmağa çalışacaq.
Polşa mətbuatında yayılan xəbərə görə, 26 yaşlı hücumçunun "Qarabağ"a keçidi alınmasa, Renat "Zirə" variantını dəyərləndirəcək.
Qeyd edək ki, bu mövsüm "Motor"da çıxış edən forvard 11 matçda meydana çıxsa da, fərqlənə bilməyib.