Nəriman Axundzadə ilin ən yaxşı futbolçusu seçildi

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-12-2025, 12:51

2025-ci ilin yekunlarına əsasən Cənub Regional Futbol Federasiyası futbol mövsümünə yekun vurub və bir sıra nominasiyalar üzrə qalibləri müəyyənləşdirib.

Sport1.az xəbər verir ki, ilin ən yaxşı futbolçusu adına “Qarabağ” klubunun hücumçusu Nəriman Axundzadə layiq görülüb.

İlin ən yaxşı qadın futbolçusu nominasiyasında Azərbaycan qadın millisinin üzvü Sevinc Cəfərzadə qalib olub. “İlin futbol adamı” adına isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov layiq görülüb.

Mətbuat nümayəndələri arasında ən fəal media təmsilçiləri kimi Kənan Məstəliyev və Orxan Subhan fərqləndirilib. İlin ən yaxşı futzal komandası nominasiyasında isə “Xan Lənkəran” klubu qalib elan edilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR