
Türkiyə millisinin və “Xəzər Lənkəran” klubunun sabiq üzvü Oktay Derelioğlu Mübariz Mənsimovla görüşüb.
Sport1.az xəbər verir ki, məlumatı tanınmış şəxsin özü "yutub" kanalında canlı yayım zamanı açıqlayıb.
Oktay Dereleioğlu Lənkəranda “Qarabağ”ın uğurunu təkrarlamaq istədiklərini bildirib:
“Qarabağ" müəyyən bir büdcə ilə möhtəşəm uğur qazanıb. Mübariz Mənsimovla görüşdüm. Söhbət zamanı ona dedim ki, "Niyə biz də Lənkəranda “Qarabağ”ın uğurunu təkrarlamayaq?" O da cavab verdi ki, "Doğru deyirsən, edərik". Üstəlik, "Xəzər Lənkəran"ın azarkeşləri çox çılğındır”.
Qeyd edək ki, Oktay Derelioğlu və Mübariz Mənsimov bu yaxınlarda İstanbulda görüşüblər.