
Mateus Silva "Qarabağ"dan ayrıla bilər.
Sport1.az xəbər verir ki, məlumatı "Futeousadia" yayıb.
Müdafiəçi ilə "Vitoria" yaxından maraqlanır. Seriya A təmsilçisi tezliklə Ağdam klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Mateus Silva bu mövsüm "Qarabağ"ın heyətində 23 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 1 dəfə fərqlənə bilib.