
Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sport1.az xəbər verir ki, polşalı insayder Tomek Pluta yayıb.
Hücumçu qış fasiləsində "Motor"dan ayrılacaq. Meneceri forvardı ilk növbədə "Qarabağ"a təklif edib.
İnsayder 26 yaşlı futbolçunun digər Premyer Liqa klubları ilə də danışıqlar apardığını qeyd edib:
“Renatla bağlı vəziyyət fərqlidir, o, cəsarətli oyunçudur. Azərbaycanlı olduğu üçün orada statusu daha yüksəkdir”.