“Qəbələ”nin qış hazırlığı: Tarixlər və məkanlar bəlli oldu

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-12-2025, 21:24

Misli Premyer Liqasının 16-cı turunda dekabrın 21-də “Qarabağ”la keçirilən oyundan sonra istirahətə buraxılan “Qəbələ” yanvarın 3-də yenidən bir araya gələcək.

Sport1.az xəbər verir ki, hazırlıq prosesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə təşkil olunacaq. “Qırmızı-qaralar” toplanışın ikinci hissəsini isə 14–18 yanvar tarixlərində Bakıda davam etdirəcək.

Qış hazırlığı çərçivəsində komandanın 3 yoxlama oyunu keçirməsi planlaşdırılır. Rəqiblər dəqiqləşdikdən sonra əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qəbələ” 2026-cı ildə ilk rəsmi matçını Misli Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 24-də səfərdə “Şamaxı”ya qarşı keçirəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR