SON DƏQİQƏ
“Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”.
Sport1.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Marko Yankoviçə məxsusdur. Monteneqrolu yarımmüdafiəçi sosial şəbəkə hesabında 2025-ci ili geridə qoyarkən yaşadıqlarını dəyərləndirib. 30 yaşlı futbolçu paylaşımında həm fərdi, həm də komanda baxımından keçdiyi yolun onun üçün önəmli olduğunu vurğulayıb.
Yankoviç komandasına və ətrafındakı insanlara minnətdarlığını da gizlətməyib:
“İl ərzində görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram”.