
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundova məxsus “Səmayə Co LTD” MMC-nin də daxil olduğu bir neçə şirkət barəsində cinayət işi açılıb.
Sport1.az xəbər verir ki, məsələ ilə bağlı artıq 17 nəfər saxlanılıb. Bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq çərçivəsində qaçaqmalçılıq və digər cinayət əməllərində iştirakı olan “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və digər MMC-lərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz fəaliyyəti ifşa edilib.
Xatırladaq ki, bir müddət əvvəl Zaur Axundova məxsus şirkət ölkədə siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işi üzrə təqsirli bilinmişdi. O, eyni zamanda Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan” klubunun qeyri-rəsmi rəhbəri kimi də tanınır.