SON DƏQİQƏ
“Transfermarkt” portalı Misli Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərlərini açıqlayıb.
Sport1.az xəbər verir ki, son siyahıda ən ciddi artımlar “Qarabağ” futbolçularında qeydə alınıb. Ağdam təmsilçisinin sağ cinah oyunçusu Leandro Andrade 3 milyon avro dəyərə yüksəlib. Hücumçu Nəriman Axundzadə isə 2,5 milyon avro göstərici ilə karyerasının ən yüksək həddinə çatıb.
Bundan başqa, Mateuş Koxalski və Pedro Bikalyo hər biri 500 min avro, Kamilo Duran isə 750 min avro artımla diqqət çəkib. Toral Bayramov, Elvin Cəfərquliyev və Emmanuel Addai də 300 min avro yüksəlişlə 1,5 milyon avro həddinə yaxınlaşıb.
