
Rumıniyanın FKSB klubunun “Qarabağ”ın futbolçusu Toral Bayramovu transfer etmək istədiyi barədə xəbər vermişdik.
Sport1.az-a məsələ ilə bağlı yeni detallar daxil olub. Keçidlə bağlı aparılan danışıqlar nəticəsiz qalıb. Belə ki, həm “köhlən atlar”, həm də futbolçunun özü təklif olunan şərtlərlə razılaşmayıb.
Əldə etdiyimiz məlumata görə, “Qarabağ” və Toral Bayramov üçün irəli sürülən məbləğ hər iki tərəfi qane etmədiyindən FKSB ilə aparılan danışıqlar dayandırılıb.
MİRZƏ S.