son dəqiqə SON DƏQİQƏ
Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

“Oyunun önəmi çox böyükdür”

Bölmə adı Futbol
Yayımlandı 4-04-2025, 10:45

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı bu gün keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Sport1.az xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın rəsmi saytına açıqlama verib.

“Litvaya qarşı çox önəmli oyuna çıxacağıq. Ardıcıl iki səfər matçı keçirəcəyik. Dörd gün sonra Monteneqro kollektivinin qonağı olacaq. Ancaq indi bütün diqqətimizi Litva ilə qarşılaşmaya yönəltmişik. Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Bəzi itkilərimiz olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram. Düşərgədə ab-hava yüksəkdir, heyətdə yer alan oyunçuların heç birinin zədəsi yoxdur. Rəqibi təhlil etmişik, zəif və üstün cəhətlərini bilirik. Məşq proseslərini də buna uyğun qurmuşduq. Rəqibi səhv buraxmağa məcbur edə bilsək, istədiyimiz nəticəni qazanacağıq”.

Qeyd edək ki, Vilnüsdəki “Jalgiris” stadionunda keçiriləcək Litva - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR