
"Milan" hücumçusu Divok Origi ilə yollarını ayırmaq qərarına gəlib.
Sport1.az xəbər verir ki, belçikalı hücumçu yanvardan etibarən azad agent statusu daşıyacaq.
Ötən mövsümün əvvəlindən "Milan"ın U23 komandasında çıxış edən forvard klubla sözləşməsinə qarşılıqlı xitam verdi.
Qeyd edək ki, Origi karyerası boyunca "Lill", "Liverpul" və "Volfsburq" kimi klubların şərəfini qoruyub.