
Türkiyə klublarının “Neftçi”nin qapıçısı Kenan Piriçlə maraqlandığı barədə daha əvvəl xəbər vermişdik.
Sport1.az-a daxil olan məlumata görə, bosniyalı qolkiperə başqa ölkələrdən də maraq yaranıb. Bu dəfə 31 yaşlı futbolçu Polşa klublarının transfer siyahısına düşüb.
Ekstraklasa təmsilçisi “Vidzev Lodz” Kenan Piriçi yaxından izləyən klublar arasındadır. Sözügedən klub heyətini gücləndirmək məqsədilə təcrübəli qapıçı variantını ciddi şəkildə nəzərdən keçirir.
Qeyd edək ki, cari mövsümdə 6 oyunda qapısını toxunulmaz saxlayan Piriçin “Neftçi” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
MİRZƏ S.