son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında

“Bavariya” Almaniya çempionatında bənzəri olmayan nailiyyətə çatdı

Bölmə adı Almaniya
Yayımlandı 22-12-2025, 20:19

“Bavariya” Almaniya Bundesliqasında tarixi göstəriciyə imza atıb.

Sport1.az xəbər verir ki, Münhen təmsilçisi 15-ci turda “Haydenhaym”ı 4:0 hesabı ilə məğlub etdikdən sonra turnir cədvəlinin ilk pilləsində qalmağı bacarıb. Bununla da Vensan Kompaninin komandası Bundesliqa tarixində bütün bir təqvim ili ərzində lider mövqeni qoruyan ilk klub olub.

Məlumata görə, “Bavariya” 2025-ci il ərzində keçirilən bütün 34 turdan sonra turnir cədvəlinə başçılıq edib. Komanda ötən mövsümün – 2024/2025 mövsümünün yekununda da Bundesliqa çempionu olub.

Hazırda Münhen klubunun aktivində 41 xal var. “Bavariya” növbəti turda, yanvarın 11-də doğma meydanda “Volfsburq”u qəbul edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR