Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama vaxtları açıqlandı

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-12-2025, 17:49

Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama vaxtları açıqlanıb.

Sport1.az xəbər verir ki, 17-ci turun matçları yanvarın 23-də start götürəcək və 2 gün davam edəcək.

Açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda “İmiş”li və “Araz-Naxçıvan” komandaları arasında olacaq.

23 yanvar

14:30. “İmişli” – “Araz-Naxçıvan”

Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:00. “Neftçi” – “Zirə”

“Palms Sports Arena”.

24 yanvar

14:00. “Şamaxı” – “Qəbələ”

Şamaxı şəhər stadionu.

16:30. “Qarabağ” – “Kəpəz”

“Azersun Arena”.

25 yanvar

16:00. ”Turan Tovuz” – “Sumqayıt”

Tovuz şəhər stadionu.

18:30. ”Sabah” – “Karvan-Yevlax”

“Bank Respublika Arena”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR