
“Kəpəz” iki futbolçu ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedro Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub hər iki futbolçuya komandaya göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Kaçper Rosa və Pedro Qomeş mövsümün əvvəlində “Kəpəz”in heyətinə cəlb olunmuşdu.