
Misli Premyer Liqasının XVI turunda "Zirə" doğma meydanda "İmişli" ilə qolsuz heç-heçəyə razılaşdı 0:0.
Qarşılaşmadan sonra meydan sahiblərinin kapitanı Qismət Alıyev Sport1.az-a görüşlə bağlı fikirlərini söylədi:
"İlin son oyunu idi. İstəyirdik ki, qələbə qazanıb yaxşı əhvali-ruhiyə ilə istirahətə yollanaq. Təəsüf ki, alınmadı. Yaxşı hücumlarımız oldu. Növbəti dövrəyə yaxşı köklənəcəyik".
Paytaxt təmsilçisinin üzvü son 3 oyunda qələbə qazana bilməmələrini belə izah etdi:
"İstirahətdən sonra yaxşı vaxtımız olacaq. Məşqçi ilə də danışacağıq. Məşqlərdə də çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq. Toplanış zamanı bu barədə söhbətlərimiz olacaq".
Qismət Alıyev qış fasiləsindən sonra çox şeyin dəyişə biləcəyini söylədi:
"Səhv etmirəmsə, keçən mövsümdə də qış fasiləsinə yollanmamışdan öncə bizdən 10 xal öndə olan komandalar var idi. Ona görə də, bu barədə nəsə demək tezdir. Komandaların təlim-məşq toplanışından, hazırlığından çox şey asılıdır. Hədəfimiz bu müddətdə ikinci dövrəyə yaxşı hazırlanıb turnir cədvəlində xal ehtiyatımızı artırmaqdır".
MİKAYIL HACIYEV