“Neftçi”dən sürpriz transfer gedişi – Ukraynadan futbolçu gəlir?

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 23-12-2025, 01:57

“Neftçi” qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.

Sport1.az-a daxil olan məlumata görə, “ağ-qaralar” hazırda Ukraynanın “Krivbas” klubunda icarə əsasında çıxış edən Karlos Roxasla maraqlanır. 21 yaşlı müdafiəçinin müqavilə hüquqları Venesuela təmsilçisi “La Quayra”ya məxsusdur.

Əsasən müdafiənin mərkəzində oynayan Roxas zərurət yarandıqda sol cinahda da çıxış edə bilir. Gənc futbolçu Venesuelanın U-20 millisində 9 oyunda forma geyinib.

Karlos Roxas karyerası ərzində “La Quayra” və ABŞ-nin “Filadelfiya Yunion II” klubunda çıxış edib. O, cari mövsümdə “Krivbas”ın heyətində ümumilikdə 4 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

MİRZƏ S.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR