
“Neftçi” Premyer Liqanın XVI turunda səfərdə “Karvan-Yevlax”ı məğlub etdi - 2:1.
Görüşdən sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov klubun televiziyasına açıqlama verib:
“Doğrudan da, ilk dəqiqələrdən oyunumuz alınmadı. Meydançaya uyğunlaşmağa çalışırdıq, rəqib boşluq vermirdi. İkinci hissədə çoxlu imkanlarımız oldu. Yaratdığımız şansları dəyərləndirə bilmədik. Dayanmadan çalışdıq və sonda qələbə qazandıq. Məşqçinin istədiklərini yerinə yetirməyə çalışırıq. Aqressiv, kompakt oynamaq istəyirik. Bəzən alınır, bəzən yox. Qışdan sonra daha yaxşı olmağa çalışacağıq”.