
Pelleqrino Mataratson “Real Sosyedad”ın yeni baş məşqçisi təyin olunub.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ştutqart” və “Hoffenhaym”ın sabiq çalışdırıcısı olan Mataratso Serxio Fransiskonu əvəzləyib. Klub rəhbərliyi zəif nəticələr fonunda baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib.
Qeyd edək ki, “Real Sosyedad” bu gün İspaniya La Liqasının 17-ci turunda səfərdə “Levante” ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.