"Beşiktaş" heyətini serbiyalı futbolçu ilə gücləndirə bilər

Bölmə adı Türkiyə
Yayımlandı 20-12-2025, 11:48

"Beşiktaş" qış transfer pəncərəsində müdafiəsini gücləndirməyi planlaşdırır.

Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi "Zenit" müdafiəçisi Strahinya Erakoviçi heyətinə qatmaq istəyir.

"Ağ-qaralar"ın Serbiya millisinin üzvü üçün danışıqlara yanvarda başlayacağı gözlənilir.

Qeyd edək ki, Erakoviç bu mövsüm Rusiya klubu ilə 19 görüşdə meydana çıxıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR