
“Norviç”in gənc hücumçusu Ajay Tavares karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 15 yaşlı futbolçu ilə “Barselona” yaxından maraqlanır.
Kataloniya klubu forvard üçün artıq rəsmi təklif göndərib.
O, hazırda “Norviç”in U-18 komandasında çıxış edir. O, həmçinin, İngiltərə U-17 millisinin heyətində 4 oyunda meydana çıxıb.